İsrailin Qəzza sektorunda keçmiş məktəb binasına hücumu nəticəsində azı 21 nəfər həyatını itirib
İsrail tərəfindən Qəzza sektorunda həyata keçirilmiş hücum zamanı azı 21 nəfər həyatını itirib. İsrailin Müdafiə Qüvvələrinin bəyanatına əsasən, hücumlar mərkəzi Qəzzada yerləşən keçmiş məktəb binasına edilib.
“Zərbələr endirilməzdən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün bir sıra addımlar atıldı. O cümlədən, dəqiq döyüş sursatlarından istifadə, havadan müşahidə və əlavə kəşfiyyat məlumatı” – İsrailin Müdafiə Qüvvələrində qeyd edirlər.
İsraildə bildirirlər ki, “HƏMAS” və digər terror qruplaşmaları öz əməliyyatları üçün müntəzəm olaraq məktəblər, sığınacaqlar və qorunan obyektlərdən, oradakı mülki şəxslərdən isə canlı qalxan kimi istifadə edirlər.