İsrailin paytaxtı Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir

12:41, 07.10.2026

İsrailin paytaxtı Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları həlak olanların xatirəsinə Təl-Əvivin əsas magistral yollarından birini bağlayıb, fəvvarəni isə qırmızı rəngə boyayıblar.

Etirazçılar üzərində “Tam uğursuzluq” və “Günahkar” sözləri yazılmış plakatlar, eləcə də Baş nazir Binyamin Netanyahunun şəkillərini tutublar.

Etiraz qrupları, o cümlədən “Oktyabr Şurası”, oktyabrın 7-də baş vermiş hücumlarla bağlı ictimai araşdırma aparılmasını tələb edir.

Qeyd edək ki, İsraildə parlament seçkilərinin oktyabrın 27-də keçirilməsi planlaşdırılır.

Oxşar