İsrailin müxtəlif şəhərlərində keçirilən aksiyalarda minlərlə insan Benyamin Netanyahunun istefasını və girovların azad edilməsini tələb edib
Təl-Əvivdə minlərlə insan İsrailin baş naziri Benyamin Netanyahunun istefasını tələb edib.
Aksiya iştirakçıları hökuməti “HƏMAS”la davam edən müharibəni düzgün idarə etməməkdə günahlandırıb və Qəzza zolağında girov saxlanılan 130-dan çox israillinin azad edilməsini tələb edib.
Polis nümayişin 7 iştirakçısını saxlayıb.
Oxşar etiraz aksiyası Qüds, Hayfa və İsrailin digər şəhərlərində də keçirilib.
Son vaxtlarda beynəlxalq ictimaiyyət daha çox israrla İsrail hakimiyyətini Qəzza zolağında müvəqqəti atəşkəsə razılaşmağa çağırır.
Bu məsələ ilə bağlı danışıqlar martın 4-də ABŞ-ın vitse-prezidenti Kamala Harrisin İsrailin keçmiş müdafiə naziri Benni Qantsı qəbul edəcəyi Ağ Evdə planlaşdırılır.