İsrailin Müdafiə Qüvvələrinin komandanı – Əgər İran səhvə yol versə və yenidən İsrailə hücum etsə, bu həftə vurmadığımız yerləri vuracağıq

22:42, 29.10.2024

 
Əgər İran səhvə yol versə və yenidən İsrailə raket hücumu həyata keçirsə, bu həftə vurmadığımız yerlərə çatacağıq – bu haqda İsrailin Müdafiə Qüvvələrinin komandanı Herts Halevi bildirib.

O deyib ki, İran tərəfindən raket hücumu halında İsrail bu dəfə istifadə etmədiyi imkanlardan istifadə edəcək.

“Əgər İran səhvə yol versə və yenidən İsrailə raket hücumu həyata keçirsə, biz İrana necə çatacağımızı, bu dəfə istifadə etmədiyimiz imkanlarla belə çatacağımızı və bu dəfə bir kənara qorduğumuz yerlərə çox, çox güclü zərbə vuracağımızı bilirik. Biz bunu çox sadə bir səbəbə görə etdik, çünki bunu yenidən etməli ola bilərik” – Halevi bildirib.

Oxşar