İsrailin Müdafiə Qüvvələrində Tehranda "İslam İnqilabı Keşikçiləri Korpusu"nun elit bölməsi olan "Qüds Qüvvələri"nin komanda mərkəzlərinə hava zərbələri endirdiklərini bildirirlər
İsrailin Müdafiə Qüvvələrində Tehranda “İslam İnqilabı Keşikçiləri Korpusu”nun elit bölməsi olan “Qüds Qüvvələri”nin komanda mərkəzlərinə qırıcı təyyarələrlə hava zərbələri endirdiklərini bildirirlər.
Zərbələr dəqiq kəşfiyyat məlumatına istinad edilərək endirilib.
İsrailin Müdafiə Qüvvələrində həmçinin bildirirlər ki, “qeyd olunan mərkəzlərdən “Qüds Qüvvələri” Yaxın Şərqdə İranın marionet rejimlərinin köməyi ilə İsrailə qarşı terror hücumlarını planlaşdırmaq üçün istifadə edirdilər”.
İsrail ordusu tərəfindən dərc olunmuş materiallarda zərbələrin on yerə endirildiyi görünür.