İsrailin Müdafiə Qüvvələrində "HƏMAS"la əldə olunmuş razılaşmanı təqdir edirlər, lakin əsgərləri istənilən ssenariyə hazır olmağa çağırırlar
İsrailin Müdafiə Qüvvələrində razılaşmanı təqdir edirlər, lakin əsgərləri “istənilən ssenariyə hazır olmağa” çağırırlar.
İsrailin Müdafiə Qüvvələrinin bəyanatında deyilir ki, general Eial Zamir Müdafiə Qüvvələrinə güclü müdafiə mexanizmlərinə hazırlaşmaq və “istənilən ssenariyə hazır olmaq”, eləcə də girovların qaytarılması üçün əməliyyat keçirməyə hazır olmaq əmrini verib.
“İsrailin Müdafiə Qüvvələri müharibənin məqsədlərinə çatmaq və bütün cəbhələrdə İsrail Dövlətinin vətəndaşlarını qorumaq üçün fəaliyyətini davam etdirəcək” – Zamir bildirib.
Bununla yanaşı, İsrailin Müdafiə Qüvvələri fələstinlilərə rəsmi göstərişlər verilənə qədər şimala qayıtmamaq və ya İsrailin Müdafiə Qüvvələrinin yerləşdirildiyi ərazilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.