İsrailin Müdafiə Qüvvələrində Cənubi Livanda döyüşlər zamanı İsrailin daha bir hərbi zabitinin həlak olduğunu bildirirlər

22:41, 03.10.2024

 
İsrailin Müdafiə Qüvvələrində Cənubi Livanda döyüşlər zamanı İsrailin daha bir hərbi zabitinin həlak olduğunu bildirirlər.

“CNN”in məlumatında, hərbçinin İsrail tərəfindən cari həftədə Cənubi Livanda “Hizbullah”a qarşı qurudan hücumun başladılmasından sonra həlak olan doqquzuncu İsrail əsgəri olduğu deyilir.

İsrailin Müdafiə Qüvvələrinin yaydığı bəyanatda həlak olan şəxsin 21 yaşlı gənc olduğu qeyd edilib.

Eyni zamanda, İsraildə Cənubi Livanda hərbi obyektə edilmiş hücum nəticəsində”Hizbullah”ın bir neçə komandirinin öldürüldüyünü bildirirlər.

Oxşar