İsrailin Müdafiə Qüvvələrində, bu mərhələdə İrandan əlavə raket hücumu təhlükəsinin olmadığını və əhalinin sığınacaqları tərk edə biləcəyini bildirirlər
İsrailin Müdafiə Qüvvələrində, bu mərhələdə İrandan əlavə raket hücumu təhlükəsinin olmadığını bildirirlər.
İsrailin Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqarinin dediyi kimi, hazırda İran tərəfindən İsrail istiqamətində artıq hücumlar həyata keçirilmir.
“Ölkənin mərkəzi və cənub hissələrində müəyyən zərbələr olub. Bu mərhələdə hücumun nəticələrini qiymətləndiririk, lakin qurbanlar haqda məlumatımız yoxdur” – Haqari bildirib.
Bununla yanaşı, İsrailin Müdafiə Qüvvələrində əhalinin sığınacaqları tərk edə biləcəyini bildiriblər. Onların məlumatında, İsrailin hava məkanının açıldığı deyilir.
İsrailin Müdafiə Qüvvələrinin ilkin qiymətləndirməsinə əsasən, İran İsrail istiqamətində 180 raket atıb, lakin bu son rəqəm deyil və hazırda vəziyyət qiymətləndirilir.