İsrailin Müdafiə Qüvvələrində bildirirlər ki, İranın kəşfiyyatının yüksək vəzifəli şəxsləri öldürülüb.
İsrailin Müdafiə Qüvvələrində (IDF) bildirirlər ki, İranın kəşfiyyatının yüksək vəzifəli şəxsləri öldürülüb. Bu barədə BBC yazır.
Onların məlumatına görə, öldürülənlər arasında İranın kəşfiyyat nazirinin İsrail məsələləri üzrə müavini Səid Yəhya Həmidi də var.
IDF-in məlumatına əsasən, həmçinin Kəşfiyyat Nazirliyinin casusluq şöbəsinin rəhbəri Cəlal Pur Hüseyni də öldürülüb.
Hazırda onların necə və harada zərərsizləşdirildiyi mediaya məlum deyil.