İsrailin Müdafiə Qüvvələrində Beyrutda xəstəxananın altında “Hizbullah”ın 500 milyon dollardan çox qızıl və nağd pul saxladığı bunkerini aşkar etdiklərini bildirirlər

10:38, 22.10.2024

 
İsrail Beyrutda yerləşən xəstəxananın altında terror qruplaşmasının 500 milyon dollardan çox qızıl və nağd pul saxladığı “Hizbullah”ın bunkerini aşkar edib – bu haqda İsrailin Müdafiə Qüvvələrinin mətbuat katibi kontr-admiral Daniel Haqari deyib.

Mətbuat konfransında Haqari “Hizbullah”ın öldürülmüş lideri Hasan Nasralanın Beyrutda, Sahel xəstəxanasının altında yerləşən bunkerlərindən birini göstərib.

“Bunker məqsədyönlü şəkildə xəstəxananın altına yerləşdirilib və yarım milyard dollardan çox nağd pul və qızıl var” – o, deyib.

Mətbuat konfransı zamanı Haqari İranın “Hizbullah”a pulu necə verəcəyini və qruplaşmanın öz əməliyyatlarını necə maliyyələşdirdiyini ətraflı izah edib. Haqari, İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələrinin obyekti izlədiyini və onu izləməyə davam edəcəyini bildirib.

Kontr-admiral bu detalları İsrailin dünən “Hizbullah”ın maliyyə qurumlarına hücumundan sonra açıqlayıb. Məlum olduğu kimi, Sahel xəstəxanasından insanların təxliyyəsinə başlanılıb. İsrailin Müdafiə Qüvvələrində isə xəstəxanaya hücum edilməyəcəyini bildiriblər, lakin Livan xalqına bunkerin girişinin harada olduğu barədə təfərrüatları təqdim ediblər.

Oxşar