İsrailin Müdafiə Qüvvələrində atəşkəs razılaşmasını qorumağa davam edəcəklərini və eyni zamanda, onun istənilən pozuntusuna qəti şəkildə cavab verəcəklərini bəyan edirlər
İsrailin Müdafiə Qüvvələrində atəşkəs razılaşmasını qorumağa davam edəcəklərini və eyni zamanda, onun istənilən pozuntusuna qəti şəkildə cavab verəcəklərini bəyan edirlər

 

İsrailin Hərbi Qüvvələri atəşkəs rejimini yeniləməyə başladıqlarını bəyan ediblər.

İsrailin Müdafiə Qüvvələrində atəşkəs razılaşmasını qorumağa davam edəcəklərini və eyni zamanda, onun istənilən pozuntusuna qəti şəkildə cavab verəcəklərini izah edirlər.

Bununla yanaşı, İsrailin oktyabrın 19-da Qəzza sektoruna hücumları nəticəsində həlak olanların sayı 44-ə yüksəlib. “BBC”nin yazdığı kimi, ölüm hallarının yarıdan çoxu Qəzzanın şimalında yerləşən Al Avada xəstəxanasında qeydə alınıb. Bundan əvvəl isə İsrailin Müdafiə Qüvvələrində Qəzzada iki israilli əsgərin öldürüldüyünü bəyan etdilər.

Məlumat üçün bildirək ki, Qəzzada atəşkəs razılaşması cümə günü, oktyabrın 10-da İsrail və “HƏMAS”ın Trampın 20 bəndlik sülh planının birinci mərhələsi ilə bağlı razılığa gəlməsindən sonra qüvvəyə minib. Oktyabrın 19-da İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını dayandırıb. Bundan əvvəl isə İsrailin Hərbi Qüvvələri bəyanat yayaraq, İsrailin Müdafiə Qüvvələrinin “HƏMAS”ın onlarla terror hədəfinə hücum etdiyini və bunun səbəbinin də qruplaşma tərəfindən atəşkəs razılaşmasının kobud şəkildə pozulması olduğunu bəyan edib.