İsrailin Müdafiə Qüvvələri ölkənin mərkəzi hissəsindəki sakinləri sığınacaqlara yaxın olmağa çağırır

20:32, 01.10.2024

 

İsrailin Müdafiə Qüvvələri ölkənin mərkəzi hissəsindəki sakinləri sığınacaqlara yaxın olmağa çağırır. İran tərəfindən gözlənilən hücum haqda məlumatın yayılmasından sonra İsrailin Müdafiə Qüvvələri müvafiq xəbərdarlıq yayıb.

İsrailin mərkəzi hissəsinin sakinlərinə xəbərdarlıq edirlər ki, xüsusi zərurət olmadıqca çöldə olmaqdan çəkinsinlər, hava hücumu xəbərdarlığı halında isə sığınacaqlara getsinlər.

İsrailin qurumunda ölkənin hava hücumundan müdafiə sistemlərinin İranın istənilən hücumuna tam hazır olduğunu və ölkənin müttəfiqlərinin də hazır olduğunu bəyan ediblər.

Ağ Evin yüksək rütbəli rəsmisinin daha əvvəl qeyd etdiyi kimi, ABŞ İranın İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşdığına dair işarələr görür.

Oxşar