İsrailin Müdafiə Qüvvələri - Livanda ümumilikdə "Hizbullah"ın 700 döyüşçüsü məhv edilib
İsrailin Müdafiə Qüvvələri - Livanda ümumilikdə "Hizbullah"ın 700 döyüşçüsü məhv edilib

 

Livanda ümumilikdə “Hizbullah”ın 700 döyüşçüsü məhv edilib – bu haqda İsrailin Müdafiə Qüvvələrində bəyan edirlər.

İsrailin Müdafiə Qüvvələrində izah etdikləri kimi, məhv edilən şəxslər arasında elit “Radvan Qüvvələri”nin üzvləri də var.

Livanın səhiyyə qurumunun məlumatına əsasən isə martın 2-dən sonra münaqişənin yenidən başlamasından bəri ən azı 1072 nəfər həlak olub.