İsrailin Müdafiə Qüvvələri İordan çayının qərb sahilində davam edən əməliyyat zamanı 3 nəfəri qətlə yetirib
İsrailin Müdafiə Qüvvələri İordan çayının qərb sahilində davam edən əməliyyat zamanı 3 nəfəri qətlə yetirib.
İsrail mediasının məlumatına əsasən, əməliyyat zamanı bir nəfər yaralanıb.
Yayılmış məlumata əsasən, ölkənin müdafiə qüvvələri polis xüsusi təyinatlıları ilə birlikdə xüsusi əməliyyat keçirir və əməliyyat zamanı Cenin şəhərində silahlı terrorçularla İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. İsrailin Müdafiə Qüvvələri Cenin rayonunda 10 silahlı şəxsi saxlayıb.
İsrail İordan çayının qərb sahilində “Dəmir Divar” əməliyyatını keçirir.