İsrailin Müdafiə Qüvvələri quru əməliyyatının başlamasından sonra Qəzzadan 400 000-ə qədər fələstinlinin təxliyə edildiyi haqda məlumat verir
İsrailin Müdafiə Qüvvələri quru əməliyyatının başlamasından sonra Qəzzadan 400 000-ə qədər fələstinlinin təxliyə edildiyi haqda məlumat verir

 

İsrailin Müdafiə Qüvvələri quru əməliyyatının başlamasından sonra Qəzza şəhərindən 400 000-ə qədər fələstinlinin təxliyə edildiyi haqda məlumat verir.

Ölkənin müdafiə qüvvələrinin mətbuat katibi Aviçai Adrae şəhəri tərk etmək üçün müvəqqəti marşrutun yalnız növbəti 48 saat ərzində açıq olacağını bildirib. O, fələstinliləri bir daha Qəzza şəhərini vaxtında tərk etməyə çağırıb.

Medianın yazdığı kimi, İsrailin Müdafiə Qüvvələri “HƏMAS” qruplaşmasına qarşı genişmiqyaslı hücuma hazırlığa başlamazdan əvvəl Qəzza şəhərində təxminən bir milyon fələstinli yaşayırdı.

Hücuma başlamazdan əvvəl İsrailin Müdafiə Qüvvələri şəhərin bütün rayonlarında yaşayan fələstinliləri dərhal təxliyəyə və sektorun cənub hissəsinə keçməyə çağırıb.

Məlumat üçün bildirək ki, İsrailin hərbi qüvvələri Qəzza şəhərinin işğalı üçün sentyabrın 16-da qurudan hücumu yeniləyib. “Axios”un məlumatına əsasən, İsrail Qəzza sektorunu mühasirəyə aldıqdan sonra regionda humanitar böhran şiddətlənib və əhali kəskin ərzaq, içməli su və dərman çatışmazlığı ilə üzləşib. Onların məlumatına əsasən, hazırda İsrail Qəzzanın təxminən 75%-nə nəzarət edir.