İsrailin Müdafiə Qüvvələri bu gün Cənubi Livan və Bekaa vadisində "Hizbullah" qruplaşmasının hədəflərinə hava zərbələri dalğası endirildiyini təsdiqləyir
İsrailin Müdafiə Qüvvələri bu gün Cənubi Livan və Bekaa vadisində “Hizbullah” qruplaşmasının hədəflərinə hava zərbələri dalğası endirildiyini təsdiqləyir. Onların məlumatına əsasən, hücumların hədəfi raket buraxılış məntəqələri, strateji silah istehsalı və saxlama yerləri olub.
İsrailli hərbçilər əməliyyatların Şimal Komandanlığı tabeliyindəki Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini bildirirlər.
İsrailin Müdafiə Qüvvələrində zərbələrin İsrailə qarşı yönəlmiş silahları zərərsizləşdirmək və “Hizbullah”ın terror infrastrukturunun bərpasının qarşısını almaq məqsədi daşıdığını bildirirlər.
Livan da hava hücumlarını təsdiqləyir. Hadisə nəticəsində xəsarət alanlar və həlak olanlar haqda məlumat yayılmır.