İsrailin müdafiə naziri ölkəsinin "müdafiə bufer zonası" yaratmağı planlaşdırdığını və bu məqsədlə Livanda yerləşən Litani çayına qədər ərazini ələ keçirəcəyini bildirir
İsrailin müdafiə naziri ölkəsinin "müdafiə bufer zonası" yaratmağı planlaşdırdığını və bu məqsədlə Livanda yerləşən Litani çayına qədər ərazini ələ keçirəcəyini bildirir

 

İsrailin müdafiə naziri İsrael Kats, ölkəsinin Livanın cənubunda sərhəddən Litani çayına qədər ərazini ələ keçirməyi planlaşdırdığını bildirir.

Onun sözlərinə əsasən, İsrailin məqsədi bu yolla “Hizbullah” qruplaşmasına qarşı mübarizə çərçivəsində dırnaqarası müdafiə bufer zonası yaratmaqdır.

Həmçinin, İsrael Kats israilli hərbçilərin Litani çayına qədər körpülərə və təhlükəsizlik zonasına nəzarət edəcəyini deyib.

“Sky News”un məlumatına əsasən, martın 13-dən İsrail “Hizbullah”a hərəkətdə problem yaratmaq məqsədilə çay üzərindəki beş körpünü dağıdıb.

Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin geniş hücumunun başlamasından bu günə qədər Livanda 1000-dən çox insan həlak olub, 3000-ə qədər insan isə yaralanıb.