İsrailin Müdafiə Qüvvələrinin rəhbəri martın 6-da vəzifəsindən istefa verəcək
İsrailin Müdafiə Qüvvələrinin rəhbəri martın 6-da vəzifəsindən istefa verəcək. Bu haqda Hertsi Halevi özü deyib.
Halevi 2023-cü ilin oktyabrın 7-də baş vermiş hücumun istefasının səbəbi olduğunu qeyd edib. Hertsi Halevi deyib ki, “HƏMAS”ın İsrailə hücumuna imkan verən təhlükəsizlik qüsurlarına görə məsuliyyəti öz üzərinə götürür.
“Oktyabrın 7-də səhər İsrailin Müdafiə Qüvvələri öz missiyasını yerinə yetirə bilmədi və İsrail vətəndaşlarını müdafiə edə bilmədi. Mən bu dəhşətli uğursuzluğa görə məsuliyyətimi hər gün, hər saat özümlə daşıyıram və ömrümün sonuna qədər belə olacaq” – Hertsi Halevi bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu Hertsi Halevinin istefası haqda ərizə alıb, lakin İsrailin Müdafiə Qüvvələrinin rəhbərini kimin əvəzləyəcəyi hələlik bilinmir.