İsrailin Müdafiə Qüvvələri, "HƏMAS" tərəfindən azad edilən 7 girovun artıq İsraildə olması haqda məlumat verir
İsrailin Müdafiə Qüvvələri, "HƏMAS" tərəfindən azad edilən 7 girovun artıq İsraildə olması haqda məlumat verir

 

“HƏMAS” tərəfindən azad edilən 7 girov artıq İsraildədir.

Müvafiq məlumatı İsrailin Müdafiə Qüvvələrində təsdiqləyirlər.

Azad edilmiş girovlar Reyms səhra xəstəxanasında ilkin tibbi yoxlamadan keçəcək və burada ailə üzvləri ilə görüşəcəklər. Bundan sonra onlar xəstəxanaya aparılacaq və hərtərəfli müayinədən keçəcəklər.

“HƏMAS” döyüşçüləri girovları Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil veriblər, onlar isə öz növbələrində onları İsrail hərbçilərinə təhvil veriblər.

Xatırladaq ki, “HƏMAS”ın əsirliyində ümumilikdə 20 canlı girov qalırdı. Onlardan 13-ü yaxın saatlarda azadlığa buraxılmalıdır.