İsrailin maliyyə naziri Səudiyyə Ərəbistanı ilə bağlı verdiyi bəyanata görə üzr istəyir
İsrailin maliyyə naziri Bezalel Smotriç Səudiyyə Ərəbistanı ilə bağlı verdiyi bəyanata görə üzr istəyir.
“Səudiyyə Ərəbistanı ilə bağlı şərhim tamamilə yersiz idi və təhqirə görə üzr istəyirəm. Gözləyirəm ki, Səudiyyə Ərəbistanı bizə zərər verməyəcək və bizim irsimizi, ənənələrimizi və yəhudi xalqının Yudeya və Samariyada, tarixi vətənlərində olan hüquqlarını inkar etməyəcək və bizimlə həqiqi sülh quracaq” – Smotriç videomüraciətində bildirib.
Məlumat üçün bildirək ki, Bezalel Smotriç bu gün deyib: “Əgər Səudiyyə Ərəbistanı bizə “Fələstin dövləti müqabilində münasibətlərin normallaşması” desə, xeyr, dostlar, sağ olun, səhrada dəvələri sürməyə davam edin”.