İsrailin maliyyə naziri – Həqiqəti söyləməliyik, girovların Qəzzadan geri qaytarılması hökumətin ən əsas vəzifəsi deyil
Həqiqəti söyləməliyik, girovların Qəzzadan geri qaytarılması hökumətin ən əsas vəzifəsi deyil – bu barədə İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib.
İsrail hökumətinin nümayəndəsi əsas vəzifənin Qəzza sektorunda “HƏMAS”ı məhv etmək olduğunu deyib.
“Girovların geri qaytarılması açıq-aydın çox mühüm məqsəddir, lakin əgər siz “HƏMAS”ı daha bir 7 oktyabrın yaşanmayacağı şəkildə məhv etmək istəyirsinizsə, başa düşməlisiniz ki, “HƏMAS”ın Qəzzada qalması vəziyyətindən söhbət gedə bilməz” – Bezalel Smotriç qeyd edib.
Hələ də 59 girovu saxlayan “HƏMAS” bəyan edir ki, İsrailin müharibəni bitirməsi və ərəb anklavından çıxması müqabilində onları geri qaytaracaq.
İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə deyib ki, Qəzzayı idarə edən “HƏMAS” tamamilə məğlub olana qədər müharibəni bitirməyi planlaşdırmır. Girovların qohumları Bezalel Smotriçin bəyanatını “utanc” adlandırıblar.