İsrailin xarici işlər naziri Donald Trampın Qəzza planı ilə bağlı ölkəsinin hələlik ətraflı məlumatının olmadığını bildirir
İsrailin xarici işlər naziri Qideon Saar ABŞ Prezidenti Donald Trampın Qəzza planı ilə bağlı ölkəsinin hələlik ətraflı məlumatının olmadığını bildirir.
İsrail XİN-in rəhbəri bu haqda italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında açıqlayıb.
“Hələlik ətraflı məlumatımız yoxdur, lakin prinsiplər haqqında danışa bilərik. Öz istəyi ilə köçmək istəyən hər kəsə bunun üçüb mənəvi haqq verilməsi əsas prinsip olmalıdır” – Qideon Saar bildirib.
Öz növbəsində İtaliyanın xarici işlər naziri Antonio Taiani qeyd edib ki, fələstinlilərin maraqlarının nəzərə alınması lazımdır.
“Bizim mövqeyimiz olduqca aydındır. Gələcək üçün biz iki xalqın, iki dövlətin dinc yanaşı yaşamasının tərəfdarıyıq. Fələstinlilərin razılığı olmadan heç nə edilə bilməz” – İtaliyanın xarici işlər naziri qeyd edib.
Məlumat üçün bildirək ki, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Amerika Birləşmiş Ştatlarının Qəzza sektoruna görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Daha sonra ABŞ Prezidenti sosial şəbəkədə yazıb ki, İsrail hərbi əməliyyatlar bitdikdən sonra Qəzza sektorunu ABŞ-a verəcək.