İsrailin xarici işlər naziri - Əgər "HƏMAS" girovları azad etsə və silahı yerə qoysa, Qəzza sektorunda müharibə ola bilsin sabah bitsin
İsrailin xarici işlər naziri - Əgər "HƏMAS" girovları azad etsə və silahı yerə qoysa, Qəzza sektorunda müharibə ola bilsin sabah bitsin

 

Əgər “HƏMAS” girovları azad etsə və silahı yerə qoysa, Qəzza sektorunda müharibə ola bilsin sabah bitsin – bu barədə İsrailin xarici işlər naziri Qideon Saar deyib.

İsrailin xarici işlər naziri “HƏMAS”ın 50 girovu hələ də amansız əsirlik şəraitində saxladığını bildirib.

Qideon Saarın bəyanatına əsasən, İsrail girovların azad edilməsi və atəşkəs razılaşmasına nail olunması məsələsinə ciddi yanaşır.

“İsrail Yaxın Şərqdə yeganə demokratiyadır. O, Avropanın regiondakı strateji tərəfdaşıdır – eyni dəyərləri və çağırışları paylaşan yeganə müttəfiq” – Qideon Saar İsrail səfirliyinin açıldığı Estoniyada səfəri zamanı qeyd edib.