İsrailin hücumu nəticəsində Qəzzada 24 saat ərzində ən azı 46 nəfər həlak olub
İsrailin hücumu nəticəsində Qəzzada 24 saat ərzində ən azı 46 nəfər həlak olub

 

İsrail bir neçə saat ərzində Qəzzada yerləşən məktəblərdən birinə iki dəfə zərbə endirib, qadın və uşaqlar da daxil olmaqla ən azı 20 nəfər həlak olub.

İlk zərbədən sonra İsrail Müdafiə Qüvvələrində komandanlıq mərkəzindən fəaliyyət göstərən və ondan silah saxlamaq, İsrailə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək üçün istifadə edən terrorçuları vurduqlarını bəyan ediblər.

İsrail Müdafiə Qüvvələri məktəbə edilmiş ikinci hücumla bağlı bəyanat yaymayıb.

Ümumilikdə, 24 saat ərzində İsrailin zərbələri nəticəsində Qəzzada ən azı 46 fələstinli həlak olub.