İsrailin Hərbi Dəniz Qüvvələri Qəzzaya gedən humanitar flotiliyanın bir neçə gəmisini dayandırıblar və göyərtədə olan fəalları saxlayıblar
İsrailin Hərbi Dəniz Qüvvələri Qəzzaya gedən humanitar flotiliyanın bir neçə gəmisini dayandırıblar və göyərtədə olan fəalları saxlayıblar

 

İsrailin Hərbi Dəniz Qüvvələri Qəzzaya gedən humanitar flotiliyanın bir neçə gəmisini dayandırıblar və Qreta Tunberq də daxil olmaqla, göyərtədə olan fəalları saxlayıblar. Bu barədə məlumatı İsrailin Xarici İşlər Nazirliyi yayır.

Nazirlik sosial şəbəkədə İsrail əsgərinin isveçli fəal Qreta Tunberqə saxlanıldıqdan sonra əşyalarını təhvil verməsini əks etdirən video yayıb.

“Flotiliyadan bir neçə gəmini artıq təhlükəsiz şəkildə dayandırmışıq və onların sərnişinlərini İsrail limanına aparırlar. Qreta və onun dostları sağ-salamatdırlar və təhlükəsiz şəraitdədirlər” – İsrailin Xarici İşlər Nazirliyində qeyd edirlər.

Medianın məlumatına əsasən, fəallar İsrailə aparıldıqdan sonra ölkədən deportasiya olunacaqlar.

Bundan əvvəl İsrailin Xarici İşlər Nazirliyində ölkənin Hərbi Dəniz Qüvvələrinin Qəzzaya gedən flotiliya ilə əlaqə saxladığını və ondan marşrutunu dəyişdirməsini tələb etdiyini bəyan ediblər.