İsrailin Hərbi Dəniz Qüvvələri Qəzzaya doğru gedən humanitar flotiliyanın daha bir neçə gəmisini ələ keçirib
İsrailin Hərbi Dəniz Qüvvələri Qəzzaya doğru gedən humanitar flotiliyanın daha bir neçə gəmisini ələ keçirib.
“Reuters”in məlumatına əsasən, müharibənin dağıtdığı Qəzza sektoruna yardım göstərməyə çalışan gəmilər İsrail qüvvələri tərəfindən beynəlxalq sularda saxlanılıb.
Flotiliya gəmilərin Qəzzada aclıq həddində olan əhali üçün nəzərdə tutulan 110 000 dollardan çox yardım daşıdığını bəyan edib.
“İsrail hərbçilərinin beynəlxalq sular üzərində hüququ yoxdur. Flotiliyamız onlara heç bir şəkildə zərər vermir” – bu barədə Azadlıq Flotiliyası Koalisiyasının (FFC) bəyanatında deyilir.
İsrailin Xarici İşlər Nazirliyində flotiliyanın gəmilərinin və sərnişinlərinin təhlükəsiz şəraitdə olduğunu, İsrail limanına aparıldığını və onların tezliklə deportasiyasının həyata keçiriləcəyini bildirirlər.
Xatırladaq ki, ötən həftə İsrailin Hərbi Dəniz Qüvvələri Qəzzaya doğru gedən humanitar flotiliyanın bir neçə gəmisini dayandırıb və Qreta Tunberq də daxil olmaqla göyərtədə olan fəalları saxlayıb. Flotiliya İsrailin dəniz blokadasını yarmağa və Qəzzaya dərman və ərzaq çatdırmağa çalışır.