İsrailin hərbi aviasiyası Suriyanın liman şəhəri Cablada silah anbarını bombalayıb

14:13, 03.10.2024

 
İsrailin hərbi aviasiyası Suriyanın liman şəhəri Cablada silah anbarını bombalayıb. Bu haqda məlumatı İsrail mediası yayır.

Media tərəfindən yayılmış məlumata əsasən, Suriyanın hava hücumundan müdafiə vasitələri Latakiya rayonunda “hədəflər”ə qarşı işləyirdi. Cabla şəhəri Latakiya bölgəsində, hazırda Rusiyanın nəzarətində olan Xmeym aviabazasının yaxınlığında yerləşir.

Daha sonra məlum olub ki, yanğınsöndürənlər Latakiyanın cənubunda liman şəhəri Cablada yanğını söndürməyə çalışırlar. Sosial şəbəkələrdə bombardmanı əks etdirən görüntülər yayılıb. Həmçinin, məlumat yayılıb ki, İran təyyarəsi eniş etdikdən bir saat sonra İsrail bazanı bombalayıb.

Oxşar