İsrailin hərbi aviasiyası Suriyada hərbi obyektləri bombalayıb, İsrailin Müdafiə Qüvvələrinin məlumatına əsasən, Latakiya əyalətinin dağlarında saxlanılan silah hücumun hədəfi olub
İsrailin hərbi aviasiyası Suriyada hərbi obyektləri bombalayıb, İsrailin Müdafiə Qüvvələrinin məlumatına əsasən, Latakiya əyalətinin dağlarında saxlanılan silah hücumun hədəfi olub. Yayılmış məlumata əsasən, hava hücumu Suriya ordusunun üç hədəfinə qarşı, o cümlədən Kardaha şəhəri yaxınlığındakı radar stansiyasına və Suriyanın Tartus liman şəhəri yaxınlığındakı silah anbarına həyata keçirilib.
Suriya mediasının məlumatına əsasən, bombardman nəticəsində xəsarət alan olmayıb.
Həmçinin, Suriya quru qoşunlarının sərhəddən 13 kilometr aralıda Suriyanın Daraa əyalətinə daxil olduğu və keçmiş Suriya rejiminin hərbi postunun olduğu Tel əl-Mali zirvəsində olduğu haqda məlumat yayılır.