İsrailin hava hücumları Qəzza sektorunda azı dörd nəfərin ölümünə səbəb olub
İsrailin Qəzza zolağındakı hava hücumları nəticəsində azı dörd nəfər həlak olub.
Ərəb mediasının məlumatına görə, Xan Yunisin yaxınlığında, Bani Suheyla bölgəsində İsrail yaşayış evini bombalayıb və nəticədə üç nəfər ölüb. Daha bir nəfər isə Xan Yunisin şərqində, Abbasan əl-Kabir bölgəsində İsrailin hücumu nəticəsində həlak olub.
İsrail ordusu 19 noyabrda Qəzza sektorunda genişmiqyaslı əməliyyat həyata keçirib və əməliyyat zamanı azı 30 nəfər həyatını itirib. Hücumun əsas hədəfi Qəzza şəhəri və Xan Yunis olub. İsraildə bildiriblər ki, bu, “Həmas”ın hücumuna cavab tədbiri idi — həmin hücum zamanı təşkilatın üzvləri İsrail əsgərlərinə atəş açmışdılar. İsrailin hücumlarını “Həmas” “ciddi eskalasiya” adlandırıb.