İsrailin deportasiya mərkəzində saxlanılan Gürcüstan vətəndaşları vətənə qayıtdılar
İsraildə deportasiya mərkəzində saxlanılan Gürcüstan vətəndaşları artıq Gürcüstana qayıdıblar. Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, Tbilisi Şota Rustaveli adına Beynəlxalq Hava Limanında Gürcüstan vətəndaşlarının enişi zamanı Gürcüstan Xarici İşlər nazirinin müavini Aleksandre Xvtsiashvili də orada olub.
“Gürcüstanın Xarici İşlər Nazirliyi İsrailin aidiyyəti orqanları ilə koordinasiyada Gürcüstan vətəndaşlarının ən qısa zamanda və təhlükəsiz şəkildə vətənə qaytarılmasını təmin etdi.
İsraildəki Gürcüstan səfirliyi yaranmış vəziyyətə görə fövqəladə rejimdə fəaliyyətini davam etdirir. Gürcüstan vətəndaşları üçün isti xətt aktivdir, bu günə qədər səfirlik 500-dən çox vətəndaşa məsləhət və zəruri yardım göstərib.
Qeyd olunmalıdır ki, İsraildə olan şəxslər istək olduqda ölkəni quru yolu ilə tərk edə bilərlər – həm İsrail-İordaniya sərhəd-keçid məntəqəsindən, həm də İsrail-Misir sərhəd-keçid məntəqəsindən (TABA). Quru yolu ilə çıxmaq istəyən vətəndaşın üzərində qüvvədə olan Gürcüstan vətəndaşının pasportu olmalıdır. Son hadisələr fonunda İsraili quru yolu ilə tərk edən Gürcüstan vətəndaşlarının sayı 1000-ə yaxın olub”, – deyə Nazirliyin məlumatında bildirilir.