İsrailin dəniz qüvvələri Yəmənin Hudeyda limanına hücum təşkil edib. Bu barədə məlumatı İsrail mediası yayıb.
Məlumata görə, limana iki raket zərbəsi endirilib.
İsrail Silahlı Qüvvələrinin açıqlamasına əsasən, limandan “Husilər” silah daşınması üçün istifadə edirdilər.
Medianın bildirdiyinə görə, hücumdan əvvəl İsrail Yəmən əhalisinə xəbərdarlıq edib və onları təxliyəyə çağırıb. Eyni zamanda qeyd olunub ki, bu, Husilər tərəfindən İsrailə atılan ballistik raketlərə və dron hücumlarına cavab tədbiridir.
İsrailin müdafiə naziri İsrael Kats Yəməni xəbərdar edib ki, əgər İsrailə qarşı hücumlar davam etsə, güclü cavab verməkdə tərəddüd etməyəcəklər.