İsrailin Dəməşqə hücumu nəticəsində 3 nəfər həlak olub, 34 nəfər isə yaralanıb
İsrailin Dəməşqə hücumu nəticəsində həlak olanların sayı 3-ə çatıb, 34 nəfər yaralanıb.
Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayır.
İsrail Müdafiə Qüvvələrində Suriyaya təzyiq və zərbələrin sürətini artırdıqlarını bildirirlər.
Xatırladaq ki, İsrail Suriyanın Prezident Sarayına və Müdafiə Nazirliyinin binasına hücum edib. İsrail Müdafiə Qüvvələrində həmçinin Suriya paytaxtında yerləşən ölkənin Müdafiə Nazirliyinin qərargahını bombaladıqlarını təsdiqləyiblər.