İsrailin Cənubi Livan və Beyrutda həyata keçirdiyi hava hücumu nəticəsində ən azı 31 nəfər həlak olub, 140-dan çox insan isə yaralanıb
İsrailin Cənubi Livan və Beyrutda həyata keçirdiyi hava hücumu nəticəsində ən azı 31 nəfər həlak olub, 140-dan çox insan isə yaralanıb

İsrailin Cənubi Livan və Beyrutda həyata keçirdiyi hava hücumu nəticəsində ən azı 31 nəfər həlak olub, 140-dan çox insan isə yaralanıb. Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

İsrail hərbçiləri əvvəlcədən bildiriblər ki, onlar “Beyrut bölgəsində Hizbullahın yüksək rütbəli terrorçularına” və “Cənubi Livanda Hizbullahın mərkəzi komanda mövqeyinə” zərbələr endiriblər.

Onların məlumatına görə, “bu, Hizbullahın İsrail istiqamətində mərmilər atmasına cavab tədbiridir.”

Eyni zamanda, Hizbullah da təsdiqləyib ki, Livandan İsrailə raketlər və pilotsuz uçuş aparatları göndərib. Bu, İranın dini lideri Ayətullah Əli Xameneyinin qətlinə cavab olaraq həyata keçirilib.