İsrailin Baş nazirinin ofisinin məlumatına əsasən, iyunun 13-dən sonra İranın İsrailə zərbələri nəticəsində 24 nəfər həlak olub, 592 nəfər isə yaralanıb
İsrailin Baş nazirinin ofisinin məlumatına əsasən, iyunun 13-dən sonra İranın İsrailə zərbələri nəticəsində 24 nəfər həlak olub, 592 nəfər isə yaralanıb

 

İyunun 13-dən sonra İranın İsrailə zərbələri nəticəsində 24 nəfər həlak olub, 592 nəfər isə yaralanıb. Müvafiq göstəriciləri İsrailin Baş nazirinin ofisi yayır.

Netanyahu Administrasiyasının məlumatına əsasən, yaralılardan 10-nun vəziyyəti ciddidir.

Zərbələr İsraildə 30 yerə endirilib, silahlı qarşıdurma başlayandan İran İsrail istiqamətində 370 ballistik raket atıb.

Məlumat üçün bildirək ki, İranın Səhiyyə Nazirliyinin məlumatında, İranda İsrailin hərbi əməliyyatı başlayandan 224 nəfərin həlak olduğu deyilir. 1481 nəfər yaralanıb. Qurumun məlumatına əsasən, həlak olan və yaralananların əksəriyyəti mülki şəxsdir.