İsrailin Aşdod şəhəri yaxınlığında atışma nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb

16:03, 15.10.2024

 
İsrailin Aşdod şəhəri yaxınlığında atışma nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Bu haqda məlumatı “CNN” yayır.

Aşdod Tibb Mərkəzindən verilmiş məlumatda, bir nəfərin vəziyyətinin orta ağır olduğu, iki nəfərin isə yüngül xəsarət aldığı deyilir. Daha bir zərərçəkən Kaplan Tibb Mərkəzinə yerləşdirilib.

İsrailin təcili tibbi yardım xidmətləri yerli vaxtla saat 11:06-da Aşdod və Təl-Əviv arasındakı magistral yolda atışma baş verməsi haqda məlumat aldıqlarını bildirirlər.

İsrail polisinin mətbuat katibi Asi Aaroni atışmanın terror aktı olduğunu bildirib və terrorçunun zərərsizləşdirildiyini qeyd edib.

Oxşar