İsraildə son bir gün ərzində koronavirusun 1 977 halı aşkar edildi
İsraildə son bir gün ərzində koronavirusun 1 977 halı aşkar edildi

İsraildə koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ötən günü koronavirus 1 977 insanda təsdiq olundu.

Bu günə qədər İsraildə koronavirusun 54 663 halı qeydə alınıb. 22 920 insan müalicə olunaraq sağalıb. Virus nəticəsində 430 insan vəfat edib.