İsraildə Qəzzada xəstəxanaya hücum nəticəsində “HƏMAS”ın rəsmisi və onun köməkçisinin öldüyünü bildirirlər

10:32, 24.03.2025

 
İsrail Qəzzada Xan Yunis şəhərində yerləşən xəstəxanaya hücum edib. İsraildə bəyan etdikləri kimi, Nasser xəstəxanasına edilən hücum nəticəsində “HƏMAS”ın rəsmisi və onun köməkçisi ölüb.

“HƏMAS”ın maliyyə işlərinə rəhbərlik edən İsmayıl Barhum İsrailin martın 20-də Qəzzaya kütləvi hava hücumu həyata keçirməsindən sonra xəstəxanada müalicə olunurdu.

Media xəbər verir ki hücum nəticəsində azı 5 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Oxşar