İsraildə populyar televeriliş Gürcüstanın turist potensialı barəsində reportaj hazırlayır
İsraildə populyar “best in the world” televerilişi Tbilisidədir. Çəkiliş qrupu Gürcüstanın turist potensialı barəsində reportaj hazırlayır.
Reportaja Tbilisi və Msxetanın görməli yerləri düşəcək. Qədim məhəllələrin memarlığından başqa reportajda gürcü xalq polifoniyasına da böyük yer ayrılacaq.
Çəkiliş qrupuna “İsrail Evinin” rəhbəri İtsik Moşe rəhbərlik edir.
Onun dediyinə görə, bu il xüsusi fəallığın yardımı ilə, İsraildən Gürcüstana turistlərin sayı 30 faiz ilə artacaq və ümumilikdə 200 minə çatacaq.