İsraildə parlament seçkiləri keçirilir

11:49, 27.10.2026

 

İsraildə parlament seçkiləri keçirilir. Bu, 2023-cü ilin oktyabrın 7-də “HƏMAS”ın hücumu və İsrailin cavab hərbi əməliyyatları nəticəsində Qəzzada başlayan müharibədən sonra ilk parlament seçkiləridir.

Təxminən 7,3 milyon israillinin seçkidə səsvermə hüququ var.

Son seçkiöncəsi sorğulara əsasən, baş nazir Benyamin Netanyahunun siyasi bloku ilə İsrail Müdafiə Qüvvələrinin sabiq komandanı Qadi Ayzenkotun “Yashar” partiyasının liderlik etdiyi müxalifət qüvvələri arasında gərgin rəqabət gedir.

Netanyahu İsrail tarixinin ən uzun müddət hakimiyyətdə olan baş naziridir. İsrail mediasının yazdığı kimi, sorğulara əsasən, əgər tərəflər müəyyən siyasi qüvvələrlə birlikdə hökumət qurmayacaqları ilə bağlı seçki vədlərini tutsalar, heç bir tərəf idarəetmə üçün zəruri olan əksəriyyəti qazana bilməyəcək.

Medianın məlumatında, seçki kampaniyasının əsas mövzularının Qəzzadakı müharibə, İran və “Hizbullah” təhlükələri, müstəqil Fələstin dövlətinin qurulması məsələsi olduğu deyilir. Ultra-ortodoks yəhudilərin hərbi xidmətə çağırılması məsələsi, məhkəmə islahatları və iqtisadi problemlər, o cümlədən inflyasiya, mənzil qiymətlərinin bahalaşması və müharibə xərcləri seçicilər üçün mühüm əhəmiyyət kəsb edir.

Oxşar