İsraildə meşə yanğını ilə mübarizə aparırlar, əhali təxliyə edilir, yanğının söndürülməsi işlərinə təyyarə və helikopterlər də cəlb edilib
İsraildə Yerusəlimin yaxınlığında meşə yanğını ilə mübarizə aparırlar.
Yanğının söndürülməsi işlərinə yanğınsöndürən-xilasedicilərin 110 briqadası, 8 təyyarə və bir helikopter cəlb edilib. Bundan başqa, xilasetmə xidməti ilə yanaşı, işlərə İsrail Müdafiə Qüvvələri və İsrail polisi də cəlb edilib.
Bununla yanaşı, təhlükənin olduğu ərazilərdən vətəndaşlar təxliyə edilir.
İsrailin Baş naziri Benyamin Netanyahu yanğınla mübarizə tədbirlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış komanda mərkəzindədir.