İsraildə, məhkəmə islahatına etiraz etmək üçün, yenə də minlərlə insan toplaşdı

10:46, 07.05.2023

İsraildə, məhkəmə islahatına etiraz etmək üçün, küçəyə yenə də minlərlə insan toplaşdı. İsrail vətəndaşları baş nazir Benyamin Netanyahu hökumətinin təşəbbüsü ilə həyata keçirilən dəyişikliklərə qarşı çıxırlar. Onların dediyinə görə, bu, İsrail məhkəmə sisteminin səlahiyyətlərini məhdudlaşdıracaq və onun qərəzsizliyini şübhə altına alacaq.

Hökumət ölkədəki kütləvi nümayişlər və tətillər səbəbindən mübahisəli islahatları müvəqqəti olaraq dayandırdı, lakin Netanyahu bəyan edir ki, o, davam etdiriləcək və İsraildə hakimiyyət şaxələri arasında balans bərpa olunmalıdır.

Təşkilatçıların məlumatına görə, Təl-Əvivdə məhkəmə islahatlarına qarşı növbəti etiraz aksiyasına 110 min insan tolaşdı.

Oxşar