İsraildə hökumət əleyhinə keçirilən nümayişdə polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib, bir neçə nümayişçi həbs edilib

10:49, 09.06.2024

İsraildə hökumət əleyhinə növbəti aksiya keçirilib. Təl-Əvivdə minlərlə nümayişçi toplaşıb.

Etirazçılar şəhər magistrallarını bağlayıblar. Mitinq iştirakçılarının sözlərinə görə, onların əsas tələbi hakimiyyətin dəyişdirilməsi və girovların azad edilməsidir.

Medianın məlumatına görə, Təl-Əvivdə keçirilən aksiyada polislə nümayişçilər arasında qarşıdurma olub, bundan sonra polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Mitinqdə bir neçə nəfər həbs edilib.

Oxşar