İsraildə, "HƏMAS"la sülh razılaşmasının növbəti mərhələsinə keçidin yalnız birinci fazanın başa çatmasından sonra baş verəcəyini bildirirlər
İsraildə, "HƏMAS"la sülh razılaşmasının növbəti mərhələsinə keçidin yalnız birinci fazanın başa çatmasından sonra baş verəcəyini bildirirlər

 

İsraildə, “HƏMAS”la sülh razılaşmasının növbəti mərhələsinə keçidin yalnız birinci fazanın başa çatmasından sonra baş verəcəyini bildirirlər.

Yüksək rütbəli İsrail rəsmisi bildirib ki, “HƏMAS” şərtə əməl etməsə və əsirlərin cəsədlərinin təhvil verilməsi prosesini sona qədər aparmasa, İsrail sülh razılaşmasının növbəti fazasına keçməmək məcburiyyətində qalacaq.

“Biz hələ birinci fazadayıq. Birinci fazanı başa vurduqdan sonra ikinci faza haqqında danışacağıq” – rəsmi şəxs bildirib, “Sky News” xəbər verir.

Məlumat üçün bildirək ki, Donald Tramp tərəfindən təklif edilmiş atəşkəs və girovların azad edilməsini əhatə edən 20 bəndlik plan münaqişənin hər iki tərəfi tərəfindən qəbul edilib.

Razılaşmaya əsasən, atəşkəsdən sonra tərəflər girovları (ölənlər də daxil olmaqla) dəyişdirməlidirlər. Bundan sonra “HƏMAS” tərksilah olmalıdır, İsrail isə Qəzza sektoruna humanitar yükləri buraxacaq.

Trampın 20 bəndlik planı həmçinin İsrailin Qəzza sektorunu tərk etməsini, sektorun idarəetmə sisteminin yaradılmasını və iqtisadi inkişaf planlarını əhatə edir.