İsraildə getdikcə daha çox belə hesab edirlər ki, Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysində baş verən insident terror aktına cəhd olub
İsraildə getdikcə daha çox belə hesab edilir ki, Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysində baş verən fövqəladə hadisə terror hücumuna cəhd olub.
Təyyarə pilot kabinəsində baş verən kəskin qarşıdurmadan sonra Səudiyyə Ərəbistanına enib.
“12-ci kanal”ın məlumatına görə, hazırda İsraildə sözügedən uçuşla bağlı fəal müzakirələr aparılır.
İsrail mediasında yayılan təsdiqlənməmiş məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti hadisə ilə bağlı Oman vətəndaşı olan ikinci pilot barəsində araşdırma aparır. O, Birləşmiş Ərəb Əmirliklərindən olan kapitanı soyuq silahla yaralamaqda və təyyarəni qəzaya uğratmağa cəhd etməkdə ittiham olunur.
İnsidentin təfərrüatları ilə bağlı İsrail, Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları hələlik rəsmi açıqlama verməyib.