İsraildə bildirirlər ki, “Hamas” İsrail qüvvələrinə hücum edib, cavab olaraq İsrail Qəzzəyə zərbə endirib

“Hamas” İsrail qüvvələrinə hücum edib, cavab olaraq İsrail Qəzzə zolağına hava zərbələri endirib — bu barədə “The Times of Israel” yazır.

İsrail ordusunun nümayəndəsi bildirib ki, “Hamas” Qəzzə zolağında İsrail qüvvələrinə qarşı bir neçə hücum həyata keçirib.

“Hadisələr İsrailin nəzarətində olan ərazidə baş verib. Bu, atəşkəsin açıq şəkildə pozulmasıdır,” – deyə rəsmi şəxs qeyd edib.

“Hamas”ın yüksək vəzifəli rəsmisi İzzət əl-Rişeq bəyan edib ki, “Hamas” atəşkəs razılaşmasına sadiq qalır və bu vəziyyətdə İsraili günahlandırıb.

Qeyd edək ki, İsrail hökuməti və “Hamas” artıq bir neçə gündür bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham edirlər. İsraildə bildiriblər ki, Qəzzə ilə Misir arasında yerləşən Rəfah sərhəd-keçid məntəqəsi bağlı qalacaq.