İsraildə Bat Yama pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib

10:13, 03.10.2024

 
İsraildə Bat Yam şəhərinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib. Bu haqda İsrail mediası ölkənin müdafiə qüvvələrinə istinadən yazır.

Məlum olub ki, bir dronu dayandıra biliblər, digəri isə açıq əraziyə düşüb.

Hücum nəticəsində xəsarət alan və ya həlak olanlar haqda məlumat yayılmır.

Dronlarla hücum yəhudilərin yəhudi yeni ilini Roş Şahananı qeyd edərkən həyata keçirilib.

Oxşar