İsrail Yəmənin bir neçə şəhərinə hava zərbələri endirib

21:16, 26.12.2024

 
İsrail Yəmənin paytaxtı, Hodeyda liman şəhəri və digər şəhərlərə hava zərbələri endirib.

“BBC”nin yazdığı kimi, hava hücumlarının hədəfi Sana Beynəlxalq Hava Limanı, aviasiya bazalarından biri və Port Hodeydada yerləşən elektrik stansiyası olub.

İsrail hökuməti də Yəmənə edilmiş hava hücumlarını təsdiqləyir. İsrailin Müdafiə Qüvvələrində hava hücumlarının hədəfində olan hərbi obyektlərin şiə “Husi”lər tərəfindən İran silahlarının qaçaqmalçılığı və İran rəsmilərinin bölgəyə gətirilməsi üçün istifadə edildiyini bildiriblər.

“Husi”lər İranın terror oxunda mərkəzi yeri tutublar və onların beynəlxalq ticarət gəmilərinə və marşrutlarına hücumları regionda və eləcə də, daha geniş dünyada sabitliyi pozur” – İsrailin Müdafiə Qüvvələrində bildirirlər.

Məlumat üçün bildirək ki, İsrailin Yəmənə hava hücumlarından əvvəl yəmənli “Husi”lər Təl-Əvivə raket hücumu təşkil etmişdilər. Buna cavab olaraq, İsrailin Baş naziri Benyamin Netanyahu “Husi”lərin infrastrukturunu məhv edəcəyinə söz verdi.

Oxşar