İsrail Yəməndə “Husi”lərin infrastrukturuna zərbə endirib, həlak olanlar var

11:26, 19.12.2024

 
İsrail Yəməndə “Husi”lərin infrastrukturuna zərbə endirib, nəticədə 9 nəfər həlak olub və 3 nəfər xəsarət alıb.

Bu haqda məlumatı “Husi”lərin telekanalı yayır.

Yəmənin paytaxtı Səna yaxınlığında yerləşən liman və neft obyektinə hava hücumları həyata keçirilib.

İsrailli hərbçilər bildirirlər ki, hava hücumları “Husi”lər tərəfindən ötən bir il ərzində İsrailə qarşı həyata keçirilmiş və əksəriyyəti də vurulmuş raket və dron hücumlarına cavabdır.

“İsrailin uzun əli sizə də çatacaq” – İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Oxşar