İsrail Xarici İşlər Nazirliyi - Qreta Tunberq Fransadan keçməklə İsveçə qayıdır
İsrail Xarici İşlər Nazirliyi - Qreta Tunberq Fransadan keçməklə İsveçə qayıdır

İsrail, “Madleen” gəmisində olan Qreta Tunberqi İsveçə qaytarır. Bu barədə məlumatı İsrailin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Tunberq İsveçə Fransadan keçməklə qayıdır.

“Qreta Tunberq İsraildən İsveçə Fransanın ərazisindən keçərək yola düşür,” – deyə İsrailin Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, isveçli eko-aktivist Greta Tunberq digər fəallarla birlikdə Qəzza zolağına humanitar yardım aparan “Madleen” gəmisində olub. İsrail qüvvələri gəmiyə müdaxilə edərək onu saxlayıb. “Madleen” gəmisi Qəzza sakinlərinə humanitar yardım çatdırmaq məqsədilə yola çıxmışdı. İsrail Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Qəzzaya yardım çatdırmaq üçün “Instagram selfilərinə” ehtiyac olmayan alternativ yollar mövcuddur.