İsrail və Suriyanın nazirləri 25 ildə ilk dəfə yüksək səviyyəli görüş keçiriblər
İsrail və Suriyanın nazirləri 25 ildə ilk dəfə yüksək səviyyəli görüş keçiriblər.
“Axios”un məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə görüş Parisdə keçirilib və 4 saat davam edib.
Görüşdə İsraili strateji işlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Asad al-Şeybani təmsil edirdi.
İsrail rəsmiləri bildiriblər ki, İsraillə Suriya arasında atəşkəs rejiminin qorunması və ötən həftə yaşananlara bənzər böhranların qarşısının alınması üçün sammitin məqsədi cənubi Suriyaya dair təhlükəsizliklə bağlı razılaşmalara nail olmaq olub.
İsrail hökuməti ümid edir ki, sərhəddə təhlükəsizlik məsələlərindən başqa, Fransada planlaşdırılan sammit “Suriyanın İsraillə diplomatik addımlar atmağa hazırlığının artmasına səbəb olacaq”. Medianın yazdığı kimi, Parisdə bu qismən açıq görüş İsrail və Suriya rəsmiləri arasında son bir neçə ay ərzində baş tutmuş bir sıra gizli görüşlərdən sonra keçirilib.